YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında şəhid ailələri ilə görüş keçirilmişdir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında  şəhid ailələrinə şəhidlərimizin şəkilləri əks olunmuş xalçalar hədiyyə olunmuşdur. Vətən Müharibəsində qəhrəmanlıqla şəhid olan, Suraxanı rayon sakinləri Qasımlı Muxtar Əli oğlunun atası Əli Qasımov və Əliyev Yunis Zaur oğlunun atası Zaur Əliyev ilə karantin qaydaları çərçivəsində görüş keçirilmişdir.

Görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq bildirmişdir ki, rayon təşkilatı şəhidlərimizin xatirəsinin yaşadılması ilə bağlı məqsədyönlü işlər görməkdədir. Bu günə qədər onlarla şəhid ailələri ziyarət edilmiş, onların sosial, mənəvi problemləri ilə maraqlanılmışdır. Vüqar Seyidov  xüsusi qeyd etmişdir ki, rayon təşkilatı Zəfərimizin rəmzi olan "Xarı bülbülün" təsviri üzərində şəhidlərimizin şəkilləri əks olunmuş xalçaların toxunulması və ailələrə təqdim olunması ilə bağlı böyük bir layihə həyata keçirir. Daha sonra şəhid Əliyev Yunis Zaur oğlunun və şəhid Qasımlı Muxtar Əli oğlunun şəkillərinin təsvir olunduğu xalçalar ailələrinə təqdim olunmuşdur.

 Şəhid atası Zaur Əliyev və Əli Qasımov YAP Suraxanı rayon təşkilatının rəhbərliyinin, o cümlədən Gənclər Birliyinin fəal üzvlərinin onları evlərində ziyarət etdiklərini xoş xatirə kimi yadda saxladıqlarını vurğulayaraq minnətdarlıqlarını bildirmişlər.

DİGƏR Xəbərlər Arxiv