YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirib

Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşəbbüsü ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki videokonfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Şəhidlər xiyabanında “Azərbaycanlıların Soyqırımı” abidəsini ziyarət ediblər.

Daha sonra konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ermənilərin tarixən azərbaycanlılara qarşı qətliam törətdiyini bildirib. Onun sözlərinə görə, 1918-ci il 31 mart qırğınları miqyasına və amansızlığı baxımından daha dəhşətlidir. Həmin dövrdə minlərlə günahsız insan qətlə yetirilib.  

Daha sonra konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov «1918-ci ilin mart hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımdır», Mingəçevir Dövlət Universitetinin  tarix müəllimi Aygün Qədirova  «1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətinin tərkib hissəsidir», 17 saylı tam orta məktəbin direktoru, YAP şəhər təşkilatının üzvü Ceyhun Atayev  «Azərbaycan Respublikası Prezidentinin 26.03.1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» Fərmanı tarixən xalqımıza qarşı aparılan soyqırım siyasətinə verilən siyasi qiymətdir», 7 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi mənfur ermənilərin işğalçı siyasətinə layiqli əks cavabdır” mövzularında çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv