YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Volkan Bozkır Türkiyə, Azərbaycan və Qətərə səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Türkiyə, Azərbaycan və Qətərə səfər edəcək.

Bu barədə Anadolu Agentliyi BMT-nin sözçüsü Brenden Varmaya istinadla məlumat yayıb. Bildirilir ki, aprelin birindən 12-dək nəzərdə tutulan səfər çərçivəsində BMT rəsmisi hər üç ölkənin rəhbərləri ilə görüşəcək.

Bundan başqa, Volkan Bozkır Türkiyəyə səfəri çərçivəsində Hatay bölgəsindəki suriyalı qaçqınların həyat tərzi ilə tanış olacaq.