YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ŞƏHİD QARDAŞIMA MƏKTUB” layihəsi çərçivəsində online-müsabiqə yekunlaşmışdır

2020-ci il Azərbaycan xalqının uzun əsirlik tarixinə qızıl hərflərlə yazılacaqdır. Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyilə Müzəffər Milli Ordumuzun şücaəti sayəsində  otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın quldur ordusundan azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin Əbədi Qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin  qanı ilə yazıldı. Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə gəncimiz sağlamlıqlarını belə qurban verdi.  Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və  iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarət yeri oldu. 

Bu il Azərbaycan xalqı ilk dəfə olaraq, 27 sentyabr tarixini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edəcəkdir.Bu münasibətlə  bugünlərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən həyata keçirilən  “Şəhid qardaşıma məktub”  inşa yazı müsabiqənin birinci mərhələsi yekunlaşmışdır. 4 ay ərzində davam edəcək  bu layihə mövcud koronavirus pandemiyasını nəzərə alaraq, online formatında keçirilmişdir.  

Müsabiqədə Slavyan Universiteti,  Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti,  Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti   və Baki Musiqi Akademiyasından olmaqla  iki minə yaxın gənc iştirak etmişdir. Müsabiqənin nəticələri şəhid və qazi ailələrinin və ictimaiyyətin tanınmış nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək və xüsusi kitab kimi nəşr olunaraq, bu ilin sentyabr ayında təqdimatı  keçiriləcəkdir.