YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Bayramov: Azərbaycan Türkiyə ilə hər zaman həmrəydir

“ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 24- də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi Azərbaycan cəmiyyətində ciddi narazılıq və narahatlıq doğurub. Bu hadisələri beynəlxalq hüquq və müvafiq beynəlxalq sənədlər nəzərə alınmaqla şəffaf və ədalətli şəkildə araşdırmadan başqa bir ölkəyə qarşı ittiham kimi irəli sürmək normal yanaşma hesab oluna bilməz”. Bu fikirləri YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.

M.Bayramov bildirib ki, tarixi reallığın inkarı olan bu bəyanat bəzi siyasi faktorların yaratdığı qərəzin ifadəsi kimi qəbul olunur.Bunu Qərbdə islamafob, anti-müsəlman, anti- türk meyllərin güclənməsi fonunda qardaş Türkiyəyə təzyiq kimi başa düşmək olar.Eyni zamanda o da məlumdur ki, Bayden hələ seçki təbliğatı zamanı bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə Anadoluda baş vermiş hadisələri “soyqırımı” kimi tanıyacaq. İndi bu bədnam bəyanat həm də erməni lobbisi və diasporuna seçki “bəxşişi”olaraq ortadadır.

Onun sözlərinə görə, Prezident İlham Əliyev  Co Baydenin fikirlərini tarixi səhv adlandırıb.Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini və ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.Türkiyə-Azərbaycan əlaqələri sıradan deyil, qardaşlıq əlaqələridir. 2020-ci ilin iyulunda erməni təxribatlarının qarşısının alınmasında qardaş Türkiyənin verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir edib.Tovuz hadisələri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyənin rəsmi şəxslərinin tərəddüd etmədən “Azərbaycanın yanındayıq” ifadəsi regionda çox böyük geosiyasi dəyişiklikləri özündə ehtiva edən açıqlama idi. Azərbaycanın apardığı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, diplomatik, psixoloji və siyasi dəstəyi çox vacib və Azərbaycanın qələbəsini şərtləndirən amillərdən idi. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.

Təşkilat sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan liderinin 24.04.2014-cü ildə Praqada keçirilən dövlət və hökümət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə beynəlxalq tribunadan "Türkiyə burada yoxdur, biz burdayıq" deyə çıxış edərək Türkiyənin müdafiəsinə qalxması onun mərdliyi, ədaləti və qətiyyəti ifadə edən şəxsi keyfiyyətlərinin göstəricisi kimi Türkiyə tərəfindən yüksək dəyərləndirilir. Son illər Qərb dünyası texnoloji baxımdan yüksək mərhələyə ucalan və güclənənTürkiyənin uğurlarını həzm edə bilmir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə cəsur və sarsılmaz siyasi iradəsi nəticəsində sərhədlərini aşan böyük bir güc dövləti kimi yüksəlməkdədir.

Azərbaycan-Türkiyə tərəfdaşlığı xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir. Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.