YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Cavanşir Ağayevin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının rəhbərliyi və nümayəndələri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonunun Fətəlikənd kəndində şəhid Ağayev Cavanşir Niyaməddin oğlunun məzarını ziyarət edərək məzarı önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra  şəhidin valideynləri ziyarət olunub. Ziyarət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən Müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.