YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Hövsan qəsəbəsinin sakini olmuş, “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən Müharibəsi şəhidi miçman Nəcəfov Fuad Taleh oğlunun ailəsini ziyarət etmiş, ailəyə təşkilat adından sovqat təqdim etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət əsnasında təşkilatın aparat rəhbəri Salman Əbdülov vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər.

Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirmişdir.