YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Malik Həsənov  pandemiya qaydaları çərçivəsində seçicilərlə ənənəvi görüş keçirib.

Qəbulda iştirak edən  seçicilərin bir qismi şəhid və qazi ailələri olub. Milli Məclisin deputatı Malik Həsənov   dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından geniş bəhs edərək bildirib ki, ölkə Prezidenti  İlham Əliyevin son Fərman və sərəncamları bu diqqətin bariz nümunəsidir.   

Görüşdə seçicilərin problemləri dinlənilib.  Müəyyən qismi elə ilk anında  öz həllini tapıb. Digər məsələlərin həlli üçün  aidiyyatı qurumlar qarşısında müvafiq tapşırıqlar qoyulub.

Ümumilikdə  qəbulda 46 seçici  iştirak edib.