YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq

“Şuşanı canlı görməsəm də, ekran vasitəsilə möhtəşəm festivalı izləmək, Şuşanı müstəqil görmək, azad görmək bir gənc kimi məni, ümumiyyətlə Azərbaycan xalqını çox xoşbəxt edir”.

Bunu “Yeni TV”-nin canlı efirində YAP Gənclər Birliyinin üzvü Kənan Kərimov deyib.

O bildirib ki, Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq: “Gənc olaraq, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycanın müzəffər ordusuna təşəkkür edirəm. Bu təşəkkür sonsuzdur. Müstəqilliyimiz uğrunda canını qurban verən bütün şəhidlərimizi sevgi, sayğı ilə anıram. Bir neçə il əvvəl orda başqa musiqi sədaları səslənəndə onlar Şuşaya yad idi. İndi isə Şuşa gözəlliyi, təbiəti, dağı, torpağı ilə həm də bizə göstərdi ki, mən azad və xoşbəxtəm. Şuşa bizə göstərdi ki, siz qayıtdınız və mən sizi çoxdan gözləyirdim. Prezident İlham Əliyev çıxışında həm də biz gənclər üçün müəyyən hədəflər müəyyənləşdirdi. Biz dövlət başçısının hər kəlməsindən həmin hədəfləri özümüz üçün prioritet götürürük”.