YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, eyni zamanda, təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi nəticəsində əldə edilən məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Nazir qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.