YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Aydın Hüseynov şəhid ailələri və qazillərlə görüşdü

Milli Məclisin deputatı Aydın Hüseynov növbəti dəfə vətəndaş qəbulu keçirib. Seçiciləri ilə daim əlaqə saxlayan millət vəkili onların qayğıları ilə tanış olur.

Əvvəlcə Vətən Müharibəsində şəhid olan Qaradağ rayonu, Müşfiqabad qəsəbə sakini Yalçın Cavadovun həyat yoldaşı Radə Cavadovla görüşərək ailənin vəziyyəti ilə maraqlanıb.

Doğun günü qeyd olunan şəhidin qəhrəmanlığı barədə danışan millət vəkili qeyd edib ki, Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qələbəsinin qazanılmasında şəhidlərimizin son dərəcə böyük xitməti olmuşdur. Onların ruhu qarşısında baş əyirik və xidmətlərini daim yüksək qiymətləndirilir. Qeyd olundu ki, dövlət başçısının göstərişi əsasında şəhid ailələrinin və qazilərimizin sosial sosial məsələləri daim diqqətdə saxlanılır və operativ surətdə həll edilir.

Aydın Hüseynov şəhid ailələri - Vidadi Teyyubov, Bayram Qədirov, Ramiz Sərxoşov, Mərdan Həmidov, Namiq Kəlbiyev, Əli Kərimov, Vətən müharibəsinin yaralı əsgərləri – Şahmurad Baxşəliyev, Ayaz Allahverdiyev, Eyyub Dadaşov və başqalarının vəziyyəti ilə maraqlandı.

Milli Məclisin deputatı qəbulda qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa müddətdə müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.