YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar İslamov: YAP GB üzvlərinin iştirakı ilə baş tutan vaksinasiya aksiyası virus əleyhinə ölkəmizdə uğurla həyata keçirilən qorunma tədbirlərinə gənclərimizin növbəti töhfəsidir

“Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və TƏBİB-in birgə təşkilatçılığı ilə partiyanın fəal gənclərinin COVID-19 virusu əleyhinə vaksinasiyası həyata keçirilir. Vaksinasiya hal-hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun şəkildə həyata keçirilir. Bu gün 150-dək Yeni Azərbaycan Partiyasının fəal gənci könüllülük əsasında ilkin vaksinasiyadan keçəcəklər və onlara COVID-19 əleyhinə vaksin vurulacaq”.

 Bu fikirləri “Yeni Tv”yə açıqlamasında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Bəxtiyar İslamovun sözlərinə görə, tədbirin keçirilməsində başlıca məqsəd Yeni Azərbaycan Partiyasının fəal gənclərinin iştirakçısı olduğu müxtəlif ictimai proseslərdə, tədbirlərdə onların virus əleyhinə qorunmasını təmin etmək, eyni zamanda ölkəmizdə könüllük əsasında həyata keçirilən vaksinasiya prosesinə gənclərin töhfə verməsinə şərait yaratmaqdır: “Gənclərə “Sinovac” vaksini vurulur. Hansı ki, bu ölkəmizdə COVID-19 virusu əleyhinə qəbul olunmuş ilk vaksindir. Gənclərimiz bu gün vaksinasiya prosesindən keçdikdən sonra ikinci doza onlara 28 gündən sonra yenidən TƏBİB tərəfindən vurulacaq. Bundan sonra onlar artıq müxtəlif ictimai tədbirlərdə, proseslərdə daha rahat və sağlam şəkildə iştirak edə biləcəklər”.