YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Ermənistanın xilası yaranmış yeni reallıqlara uyğun davranışdan keçir

“Ermənistan xalqı özünün yaratdığı miflə yaşayır. Onlar hələ də düşdükləri vəziyyəti dərk etməyərək, revanşist düşüncələrə qapılırlar”.  

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, Azərbaycan Ermənistandan yeni reallıqlara uyğun davranış gözləyir: “Təəssüf ki, Ermənistandan bunu görmürük. Hazırda erməni siyasətçilərinin bəyanatları qarşıdan gələn seçkilərə hesablanıb. Onlar revanşist fikirlərlə vətəndaşlarının səsini qazanmağa çalışırlar. Bu isə əbəsdir. Ermənistanın xilası yaranmış yeni reallıqlara uyğun davranışdan keçir”.