YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Ermənistan dövlətçiliyinin mövcudluğu Azərbaycanla əməkdaşlıqdan keçir

“Azərbaycan 44 günlük müharibədə təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Cənubi Qafqazda yeni təhlükəsizlik formatının formalaşmasına nail oldu, region ölkələri arasında iqtisadi-siyasi əlaqələrə maneələri aradan qaldırdı”

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O vurğulayıb ki, Azərbaycan bununla bölgənin gələcəyinə çox ciddi töhfə verdi: “Nə qədər qəribə səslənsə də, Azərbaycanın zəfəri Ermənistanın həm daxili, həm də xarici siyasəti kontekstində onların marağına xidmət edir. Çünki Ermənistanın gələcəyi, iqtisadiyyatının inkişafı, ümumiyyətlə dövlətçiliyinin mövcudluğu Azərbaycanla əməkdaşlıqdan keçir”.

R.Məmmədov bildirib ki, Ermənistanda siyasətçilər qarşıdan gələn seçkilərdə səs toplamaq məqsədi ilə çoxsaylı təxribatlara əl atır: “İstər sərhəddə süni gərginliyin yaradılması, istər kommunikasiya xətləri ilə bağlı məsələlərdə ortaya qoyulan mövqe bununla bağlıdır. Ona görə də Ermənistan tərəfindən bununla bağlı sərsəm bəyanatlar səsləndirilməkdədir. Ümumi mənzərə onu deməyə əsas verir ki, bu təxribatçı çıxışların da sonu tezliklə gələcək”.