YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

YAP Qusar rayon təşkilatının nümayəndələri  rayonun Əniq kəndində ailələrini ziyarət etmişdir.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu Yunusov Amrid Zaur oğlu Hadrud və Fizuli uğrunda gedən döyüşlərdə qəhramanlıqla şəhid olmuşdur. Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə Amrid Yunusov "Vətən uğrunda"  və  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Silahlı Qüvvələrin leytenantı İmaməliyev Sərraf Murtuzəli oğlu isə Şuşa uğrunda gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsinin şəhidi Sərraf İmaməliyev "Vətən uğrunda", "Fizilinin azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Təşkilatın nümayəndələri şəhid ailələrin qayğıları ilə maraqlanmışdır.

Görüşdən sonra ailələri ilə birlikdə şəhidlərin məzarları ziyarət olunmuş və xatirələri yad edilmişdir.