YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bennington Banner”: Bayden və Blinken haqlı olaraq Azərbaycanı dəstəkləyirlər

Amerikada çıxan “Bennington Banner” qəzetində “Bayden və Blinken haqlı olaraq Azərbaycanı dəstəkləyirlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılma müddətinin Prezident Bayden və dövlət katibi Blinken tərəfindən uzadılması barədə söhbət açılır.

Məqalədə bildirilir ki, erməni lobbisi tərəfindən göstərilən təzyiqə baxmayaraq, Prezident Bayden və dövlət katibi Blinken düzgün qərar qəbul edib, Amerikanın maraqlarına önəm verməklə 1992-ci il tarixli “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin qüvvəsini təkrarən dayandırıblar. Materialda ABŞ və NATO-nun Qafqazda və Xəzər regionunda az sayda tərəfdaşlarından biri olan Azərbaycana yardım ayrılmasını davam etdirməyin vacibliyi qeyd edilib.

Azərbaycan uzun illər ərzində ABŞ və NATO qoşunları üçün yükaşırma məntəqəsi olub. Əfqanıstanda müharibənin qızğın dövründə ABŞ hərbçiləri üçün yanacaq, ərzaq və geyim tədarükünün 30 faizindən çoxu məhz Azərbaycandan həyata keçirilib. Azərbaycan ABŞ Silahlı Qüvvələrinin beynəlxalq terrorçuluğa qarşı mübarizədə operativ hazırlığının dəstəklənməsində mühüm rol oynayır.

 

DİGƏR Xəbərlər Arxiv