YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəzrin Mustafayeva: Yoluxma riski olan ərazilərdə mütləq tibbi maskalardan istifadə etməliyik

“Ölkədəki epidimioloji vəziyyət imkan verdi ki, karantin rejimi yumşaldılsın. Çünki koronavirusa yoluxanların sayında kəskin azalmalar müşahidə edirik. Ümid edirik ki, bu belə də davam edəcək”.

Bu fikirləri TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “Yeni TV”nin canlı yayımında deyib.

Onun sözlərinə görə, pandemiya tam başa çatana qədər tibbi maskalar insanların yol yoldaşı olaraq qalacaq: “Tibbi maska virusa yoluxmağın qarşısını alan vasitələrdən biridir. Yoluxma riski olan ərazilərdə mütləq tibbi maskalardan istifadə etməliyik. Verilən qərarın yoluxma ilə bağlı statistik göstəricilərə təsirini qarşıdakı günlərdə görəcəyik. İlk iki həftə ərzində ciddi dəyişiklik hiss etməyəcəyik. Çünki xəstəliyin inkubasiya dövrünü də nəzərə alacağıq”.

 

DİGƏR Xəbərlər Arxiv