YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.