YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 26-da Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo ilə görüşüb.

Görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə nazir C.Bayramov 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib, həmsöhbətinin diqqətini müharibə zamanı Ermənistan tərəfindən heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına çəkib.

Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata keçirildiyini qeyd edən nazir bu xüsusda, fiziki sübutlarımızın mövcudluğuna istinad edib və aidiyyəti mexanizmlərlə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirib.

 

DİGƏR Xəbərlər Arxiv