YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 650 milyon 404,6 min manat vəsait daxil olmuşdur

Cari ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödənilən vergi daxilolmalarının həcmi 2 milyard 650 milyon 404,6 min manat təşkil etmişdir. Bu məbləğin 39,8 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 11,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,4 faizi aksizlərin, 14,5 faizi isə digər vergilərin payına düşür.

Nazirliyin analitik-informasiya şöbəsindən bildirmişlər ki, qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olmuşdur.

Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınmışdır. 2014-cü il mayın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564 min 408 təşkil etmişdir.

Cari ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz təşkil etmişdir.

 

DİGƏR Xəbərlər Arxiv