YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 28 may – Respublika Günü münasibətilə tədbir keçirmişdir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 28 may – Respublika Günü münasibətilə silsilə tədbirlər həyata keçirmişdir.

Növbəti belə bir tədbir YAP Nəsimi rayon təşkilatı ilə Bakı Musiqi Akademiyası üzrə Ərazi İlk Partiya təşkilatı ilə birgə keçirilmişdir.

 Tədbirdə YAP Gənclər Birliyinin fəalları, 1-ci Qarabağ və Vətən müharibəsi iştirakçıları,eləcə də,Vətən müharibəsində iştirak etmiş Bakı Musiqi Akademiyasının tələbələri və qaziləri iştirakı etmişdir.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra BMA –nın məzunu Qazı bəstəkar Vüqar Məmmədzadənin bəsdələdiyi Zəfər marş səsləndirildi. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin tədbir iştirakçılarına video-müraciəti təqdim edildi.

Tədbirdə iştirak edən YAP Nəsimi Rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək , “2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin dövlətimizin gücünün düşmənə, həm də bütün dünyaya göstərdiyin bildirdi. O, qeyd etdi ki, Böyük Zəfərimiz Ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və Müzəffər Ali Baş Komandan arasındakı monolit birliyini bir daha sübut etdi. Məlahət İbrahimqızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfərinin erməni təcavüzkarlarına və onları dəstəkləyən qüvvələrə “Dəmir yumruq” mesaj olduğunu dedi.

Bakı Musiqi Akademiyasının qazi tələbələri də çıxış edərək, Müzəffər Ordumuzun göstərmiş olduğu qəhrəmanlıqlardan, öz növbəsində müharibə təəssüratlarından və ordumuzun qələbə əzmindən geniş söz açdılar. Bakı Musiqi Akademiyası Tədris işləri üzrə prorektor, professor, YAP-ın üzvü Nərminə Quliyeva, Beynəlxalq və İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova, Elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə, Akademiyasının Həmkarllar İttifaqının sədri Aqil Qafulov və başqaları çıxış edərək cənab Ali Baş komandan cənab İlham Əliyevin apardığı güclü siyasətin nəticəsində qazanılmış zəfərdən və müharibə iştirakçılarının misilsiz şücaətlərindən bəhs etdilər. Çıxış edənlərin hər biri Vətən müharibəsində iştirak etmiş BMA nın tələbə və məzunlarının simasında bütün igid əsgərlərimizə təşəkkür etdilər, əziz şəhidlərimizin ölməz xatirəsini dərin hüzürlə yad etdilər.