YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramiz Quliyev: Bu gün hamımız ağdamlıyıq

“Bu gün hamımız ağdamlıyıq. Yenidənqurmadan sonra Ağdam cənnət məkana çevriləcək. Çünki bütün işlər Prezident İlham Əliyevin yüksək nəzarəti ilə icra olunur”.

Bu fikirləri Xalq artisti Ramiz Quliyev “Yeni TV”nin canlı yayımında bildirib.

Uşaqlıq illərinin Ağdam və Şuşada keçdiyini söyləyən xalq artisti vurğulayıb ki, biz artıq əraziləri işğal olunan ölkənin vətəndaşı deyilik: “Ağdam hər zaman nümunə göstərilən rayon olub. Hazırda Ağdamda heç nə yoxdur. Amma Ağdam qurulacaq. Açığı deyim ki, Ağdamın bərpasının bu şəkildə olacağını təsəvvür etmirdim. Bu, Ağdama hörmət və qayğıdır. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ağdam elə bir gözəl şəhər olacaq ki, dünya şəhərlərinə nümunə göstəriləcək”.

R.Quliyev qeyd edib ki, “ağıllı şəhər”lərdə “ağıllı mədəniyyət ocaqları”nda min qat artıq gözəl işlər görülməlidir: “Ağdam şəhərinin təməlqoyma mərasimindən çox məmnun qaldım. Evdə də dedim ki, arxayın olun, Ağdamda da yaşayıb-yaradacağıq. Bu tədbiri heç vaxt unutmaq olmaz. Çünki Ağdam şəhərinin təməlqoyma mərasimində bayram-bayrama qarışmışdı. Biz 28 il həsrət çəkmişik. Sevincli günləri bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev, hərbçilərimiz, şəhidlərimiz, qazilərimiz yaşadıb. Sevincli günlər xalqımıza yaraşır. Bizim başqasının torpağında gözümüz yoxdur, öz torpağımızı qorumalıyıq”.