YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emin Musəvi: Ağdam şəhərinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak etmək möhtəşəm idi

“Mayın 28-də Ağdam şəhərinin təməlqoyma mərasimində Prezident İlham Əliyevlə olan görüş hamımız üçün rəmzi xarakter daşıyırdı. Biz arzulayırdıq və inanırdıq ki, Ağdama dönəcəyik. O günü səbrsizliklə gözləyirdik. 28 may günü orada olmaq, Ağdam şəhərinin yenidən qurulması mərasimində iştirak etmək möhtəşəm idi”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında ASAN Radionun rəhbəri Emin Musəvi deyib.

O qeyd edib ki, işğaldan sonra baş planı təsdiqlənən ilk şəhər Ağdamdır: “Bütövlükdə yeni bir şəhərin təməli qoyuldu. Bu tədbirdə iştirak etmək tarixdir. Bizim ən böyük arzumuz o idi ki, Ağdam və digər ərazilərimiz işğaldan azad olunsun. Çünki biz oranı görürdük, amma gedə bilmirdik. Həmişə inam olub ki, biz ora qayıdacağıq. 21-ci əsrdə torpaqları işğalda olan heç bir ölkə ərazi bütövlüyünü bərpa etməyib. Amma biz bunu bacardıq. Biz indi qalib xalqıq”.

“Ağdama ilk dəfə ayaq basanda qarışıq hislər keçirdim. Eyni hisləri Şuşada olarkən də yaşadım. Çünki sevinirsən. Amma başa düşürsən ki, oğullarımız torpaq uğrunda şəhidlik zirvəsinə ucalıblar. Yalnız qələbə ilə onların ruhunu şad edə bilərdik və bunu bacardıq”, - deyə E.Musəvi bildirib.