YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması hər birimizdə qürur yaradan tarixi hadisə oldu

“Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyması hər birimizdə qürur yaradan tarixi hadisə oldu. Bu təməl daşı əslində Azərbaycan dövlətçilik tarixinin əbədi divarlarına qoyulan yeni bir qat, yeni bir mərhələnin başlanğıcı idi. Bərpa gününün təməlqoyma mərasiminin 28 May Respublika Günündə tarixi qələbəmizi müstəqil olmağımızla əlaqələndirdi. Bu fikirlər isə siyasi ideoloji müstəvidə dövlətçilik şüurumuzun yeni qatının müstəqil və qalib əsaslarında formalaşması üçün atılan təməl daşı idi, genetik yaddaşımıza edilən müraciət idi”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru  Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli şüurunu ümmətçilikdən dövlətçiliyə, dövlətçilikdən cümhuriyyətçiliyə qədər inkişaf etdirdiyi kimi dövlətimizin başçısının bu fikirləri də milli şüurumuzu məğlubiyyətdən qalibiyyətə, qalibiyyətdən yeni milli mentalitetə qədər inkişaf etdirəcək. Bu bir xalqın ictimai-siyasi fikir tarixində tamamailə yeni bir mərhələnin, yeni bir eranın başlanması deməkdi. Bu səbəbdəndir ki, bəzi Azərbaycanafob mərkəzlər müxtəlif internet resurslarında, sosial şəbəkələrdə tarixi zəfərimizə və naliyyətlərimizə kölgə salmaq üçün ən müxtəlif səviyyələrdə qarayaxma kampaniyası aparırlar. Bəzi marginal müxalif quruplar da bu prosesdə fəal iştirak edirlər. Ancaq şübhəsiz ki, bütün bu antimilli fəaliyyətlər xalqımızın ümummilli sevinci və coşqusu qarşısında olduqca cılız görünür və belələri əsla öz qaranlıq məqəsdlərinə çatmayacaqlar”.

Millət vəkilinin sözlərinə görə, bəzən siyasət mümkün olmayanı mümkünetmə sənəti də adlandırılır: “Doğrusu, bunu isbat edəcək nümunələr o qədər də çox deyil. Ancaq düşünürəm ki, 44 günlük müharibə və ondan sonra ötən zaman ərzində Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bunun ən yaxşı təcrübi nümunəsini yaratdı. Bu gün Ermənistan dövlətinin iflas etməsi, haqq etdiyi şəkildə küncə sıxışdırılması, öz sərhədlərini qorumaq üçün yeni sahiblər axtarışına çıxması da məhz mümkün olmayanı mümkünetmə sənətinin yaratdığı reallıqdır. Axı cəmisi bir neçə ay bundan öncəyə qədər bu dövlət Azərbaycan torpaqlarını işğal altında saxlayır, millətimizə meydan oxuyur, xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədirdi. İndi isə miskin vəziyyətə düşüb. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi milli-strateji siyasət və rasional-praqmatik davranışları baş tutması da təsadüfi deyildi. Çünki bu tarixi Azərbaycan Prezidenti bir daha milli bayram, müstəqillik günü kimi xarakterizə edərək əldə etdiyimiz nəticəsində baş verib. Bundan sonrakı mərhələ cinayətkarın öz cəzasına çatdırılması Azərbaycanın isə yeni inkişaf tarixinin başlanğıcıdır”.

“Görünür, hazırda informasiya müharibəsinə cəlb edilən təkcə Azərbaycan deyil. Qonşu ölkələrdə də bu cür hallar var. Doğurdan da, Türkiyə ilə Azərbaycan öz tarixi qardaşlıq münasibətlərinin mühüm zirvəsini yaşamaqdadır. Bu prosesdə informasiya müharibəsinin ayrı-ayrı komponentləri kimi müxtəlif informasiyaların cəmiyyətə yanlış təqdim olunması və onun yanlış nəticələr doğurması yolverilməzdir. Çox yaxşı haldır ki, cəmiyyətdə son günlər müzakirə edilən informasiyaya aydınlıq gətirildi və  səhvə düzəliş edildi. Düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətləri yeni nailiyyətlərə imza atacaq qədər daha yüksək səviyyədə inkişaf edəcək”, -deyə Hikmət Babaoğlu vurğulayıb.