YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: 28 il sonra Ağdama yenidən ayaq basanda sanki xəyalımda olan Ağdama qayıdırdım

“Ağdamdan sonuncu dəfə çıxanda işğal ərəfəsi idi. O dövrdə hərbi müxbir kimi çalışırdım. Biz o dövrdə varlı, nizamlı şəhəri tərk etmək məcburiyyətində qaldıq. 28 il sonra Ağdama yenidən ayaq basanda sanki xəyalımda olan Ağdama qayıdırdım”.

Bu fikirləri Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Yeni TV”nin canlı yayımında səfər təəssüratlarından danışarkən bildirib.

O, Bakıdan çıxıb Ağdama gedərkən yol boyu şükür etdiyini deyib: “Bu səadəti bizə Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bəxş etdi. Ermənilər bizim qoyduğumuz o evləri təkcə yağmalamayıblar, hətta təbiətdən, daşdan, ağacdan, çaydan da intiqam alıb, acıq çıxıblar. Daş üstündə daş qalmayıb, elə bil xarabalıqdan zövq alıblar. Biz orda təkcə ev-eşik qoyub gəlməmişdik, xatirələr qoyub gəlmişdik. O xatirələri də siliblər. Qəbri dağıtmaq bir tərəfə, içindən sümükləri çıxarıb o ruhları da narahat ediblər. Bu, insanlıqdan kənardır. Prezidentin xoş, səmimi davranışı, isti ovqatı bizim hamımıza dərhal siraət etdi və biz gördüyümüz o mənzərənin, dağıdılmış Ağdamın şokundan tez çıxa bildik”.

Dövlət başçısına minnətdarlığını bildirən Bəxtiyar Sadıqov deyib ki, Prezident İlham Əliyevlə məhz Ağdamda, özü də mayın 28-də görüşmək çox mühüm əhəmiyyət kəsb edir: “Məhz Respublika günündə Ağdamın təməl daşı atıldı. Ağdam yenilənir, yenidən qurulur. Həmin gün Ağdamın sürətli tikilib qurulmasına start verildi Şəhərin baş planı qeyri-adidir, çox gözəldir. Avtomobil yolu, dəmir yolu xətti çəkilir. Şəhər müasir innovasiyalar əsasında qurulacaq. Biz orda düşməndən qalma atəş nöqtələri, səngərlər, müdafiə səddləri gördük. Ermənistanın mahiyyəti budur. Onlar viran qoyur, faşist xislətindədir, biz isə qururuq, sülhə, əməkdaşlığa çağırırıq. Prezidentin nitqində dediyi fikirlər ürəyimizə su sərpdi”.