YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Yarıyev Elsevər Qalib oğlunun ailəsini ziyarət etmişlər.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilat adından şəhidin 8 yaşı tamam olan qızı Güləri doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim etmişdir.

Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Şəhid Elsevər Yarıyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.