YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərəmov: Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir

«Azərbaycanda təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir». Bu fikri  

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, təhsil strateji bir sahədir. Çünki hər bir cəmiyyətin inkişafı təhsilin səviyyəsi ilə bağlıdır. Onun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafı üçün zəruri addımlar atılır.

«Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyev daim təhsilin inkişafına xüsusi önəm verib. Ümummilli liderin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev bu gün uğurla  davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlər dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir. Azərbaycan gəncləri dövlətin yaratdığı bütün imkanlardan səmərəli istifadə etməlidir. Gənclər yüksək biliklər qazanmalı və öz bilikləri ilə ölkəmizin inkişafına töhfələr verməlidirlər. Eyni zamanda, onlar özlərinin intellektual səviyyəsi ilə Azərbaycanın adını dünyada daim uca tutmalıdırlar. Sevindirici haldır ki, bu baxımdan müsbət nəticələr əldə edirik»- deyə, A.Məhərrəmov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv