YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə YAP Yevlax rayon təşkilatında tədbir təşkil edilmişdir

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə YAP Yevlax rayon təşkilatı və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir təşkil edilmişdir.

İlk öncə tədbir iştirakçıları Mərkəzdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspanatlarla tanış olmuş, iştirakçılara mərkəzin fəaliyyəti barədə məlumat verilmişdir. Sonra tədbir Mərkəzin akt zalında mövcud karantin qaydalarına əməl etmək şərti ilə davam etdirilmişdir. Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət idarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatının gənc fəalı Maqsud Süleymanlı çıxış edərək 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş,  cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılmış ordu quruculuğundan danışmış, Silahlı Qüvvələrin maddi texniki bazasının ən yüksək səviyəyə çatdırılmasını qeyd etmişdir. Məhz bu yüksək hərbi hazırlığa yiyələnmiş, ən yüksək səviyyədə təminata malik olmanın nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində 30 illik həsrətə son qoyuldu, torpaqlarımız düşmən tapdağından azad edildi. Bu Qələbə  Azərbaycan xalqının Vətən həsrətinə son qoymaqla yanaşı, regiona sülh və əminamanlıq gətirdi, bölgə üçün yeni əməkdaşlıq və iqtisadi imkanlar yaratmış oldu.

Sonda tədbir iştirakçıları  üçün “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirildi.