YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Postmünaqişə vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyi çox açıq və aydındır

Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız çox uğurludur. Azərbaycan 9 üzv ölkə ilə strateji tərəfdaşlığa dair sənəd və sazişlər imzalayıb və qəbul edib. Düşünürəm ki, bu, bizim ölkəmizin çox böyük nailiyyətidir. Çünki bu, üzv ölkələrin üçdəbirini təşkil edir və onu göstərir ki, əməkdaşlığın çərçivəsi həqiqətən çox genişdir, qarşılıqlı maraq, qarşılıqlı əhəmiyyət kəsb edən çox sahələri əhatə edir.

Bu barədə Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən bildirib.

Üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədin paraflandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırkı vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır.