YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aslan Əzimzadə: Ermənistanın altılıq platformasına qoşulmamaq kimi bir alternativi yoxdur

“Şuşa bəyannaməsində ciddi iqtisadi məsələlər öz əksini tapıb. Burada ticarət və iqtisadi münasibətlərə milli iqtisadiyyatların eyni zamanda ixracın şaxələndirilməsi, perspektivli sahələrdə birgə istehsalın qurulması, investisiya mühitinin daha əlverişli formaya gətirilməsi məsələləri qeyd olunub. Ölkənin iqtisadi inkişafını şərtləndirən başlıca amillərdən biri birbaşa xarici investisiyalardır. Türkiyənin Azərbaycana investisiya qoyması özü ilə texnologiya transferini də gətirəcək ki, bu da öz növbəsində xüsusilə Qarabağdakı yenidən qurma və bərpa prosesinə öz müsbət töhfəsini verəcək”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında iqtisadçı ekspert Aslan Əzimzadə bildirib.

O qeyd edib ki, bu gün Ermənistanın altılıq platformasına qoşulmamaq kimi bir alternativi yoxdur: “Fitch Beynəlxalq reytinq agentliyi emitentin xarici valyutada uzunmüddətli defolt reytinqində Ermənistanın reytinqi BB- göstəricisidən B+ endirilib ki, bununda əsas səbəbi Ermənistanda olan yüksək xarici borcdur. Bu gün Ermənistanın xarici borcu 60 faizdən yuxarıdır. Məhz bu səbəbdən Ermənistan altılıq platformasına qoşulmalıdır və bu qoşulmanın ilkin addımı isə Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi vasitəsilə Türkiyə məhsullarının Orta Asiya bazarlarına ixracında nəqliyyat xərclərinin aşağı düşməsi bu məhsulların da qiymətinin aşağı düşməsi şərtlənəcək. Digər tərəfdən Çinin bu dəhlizdə yüksək marağı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında baş tutmuş telefon danışığında əsas göstərilən məqamlardan biri məhz Mərkəzi Asiya və Avropa arasında olan nəqliyyat dəhlizlərinin inkişafı məsələsidir. Çin öz yüklərini həm Bakı-Tblisi-Qars həm də Zəngəzur dəhlizi vasitəsilə ikiqat daha sürətlə ixrac edə biləcək”.

A.Əzimzadə vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyəsi artacaq: “İki ölkə arasındakı xarici ticarət dövriyyəsi 4.5 milyard ABŞ dollarıdır və bu ticarət dövriyyəsinin daha da artırılması gözlənilir. Bu gözləntini inkişaf etdirəcək iki məsələ var ki, bunlardan biri ticarət əlaqələrin daha liberal formaya keçməsidir. İkinci bir məsələ isə Şuşa Bəyannaməsində də öz əksini tapan Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün biz Türkiyəyə təbii qaz ixrac edirik. Bu səbəbdən həm bu ixrac, həm də ticarət əlaqələrinin liberallaşdırılması təbii ki, iki ölkə arasındakı ticarət dövriyyəsini də artıracaq”.