YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin nümayəndə heyəti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) görüşüb.

Azərbaycan deputatlarını səmimi salamlayan Prezident Rəcəb Tayyib Ərdoğan onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Azərbaycanın parlament nümayəndə heyətinə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli daxildir.