YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycanda xalq-iqtidar birliyi yüksək səviyyədədir

Ceyhun Məmmədov,

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Vətən müharibəsində qələbədən sonra Azərbaycan bölgədə yeni reallıq yaratdı. Azərbaycan işğal altında olan torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi. Qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli quruculuq və bərpa işlərinə başlanıldı. Hazırda bu ərazilər böyük tikinti meydanına bənzəyir.

Hazırda qarşıda duran əsas vəzifə qələbəni qələbəni möhkəmləndirmək və sürətli inkişafa nail olmaqdır. İqtidar və müxlaif olmasından asılı olmayaraq hər kəs yumruğu bir hədəf vurmalıdır. Təəssüflə qeyd etmək lazımdır hazırkı mərhələdə bəzi müxalifət nümayəndələri qələbəyə kölgə salmağı, ölkədəki ictimai-siyasi durumu gərginləşdirməyi qarşılarına məqsəd qoymuşlar.

Müharibədən əvvəl hakimiyyəti Qarabağı azad etməməkdə günahlandıran bu insanlar indi özlərinə yeni mövzu taparaq hakimiyyətə qarşı bir sıra əsassız iddialar səsləndirir, xalqı hakimiyyətin əleyhinə qalxmağa çalışırlar. Bu cür bəyanat və çağırışlar hazırkı dönəmdə düşmənin dəyirmanına su tökməkdən və növbəti təxribatdan başqa bir şey deyil.

Qeyd etmək lazımdır ki, bu kimi məsələlərdə ən çox fəallıq göstərən şəxslərdən biri də Əli Əliyevdir. Onun bu kimi əsassız bəyanat və çağırışları inkişaf və tərəqqi deyil hər zaman olduğu kimi, daha çox dağıdıcılıq məqsədi və hədəfi daşıyır. Azərbaycan xalqı hər şeyi, kimin nəyə qadir olduğunu və hansı məqsədlərlə bu addımları atdığını gözəl bilir.

Bu gün Azərbaycanda xalq-iqtidar birliyi yüksək səviyyədədir. Bu birlik sarsılmaz tellərlə bir-birinə bağlıdır. Azərbaycan tutduğu yolda inamla addımlayır, bu yoldan onu heç kim çəkindirə bilməz. Bu kimi bəyanatlar yalnız papulizmə hesablanıb. Azərbaycan cəmiyyəti 90-cı illərin əvvəllərində bunun ağır nəticələrini yaşayıb. Yenidən bu insanlara heç zaman etimad göstərməzlər.

Yaxşı olardı ki, bu insanları reallıqları dərk edib, ümummilli məsələlərdə xalqın və iqtidarın yanında olsunlar. Hazırkı vəziyyət hər birimizdən bunu tələb edir.