YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Mənim Prezident İlham Əliyevə böyük hörmətim var

Mənim Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmətim var. Bizim aramızda yüksək etimad və yaxşı münasibətlər mövcuddur. Mən Azərbaycana səfər edirəm. Səfər zamanı Prezident İlham Əliyevlə görüşəcəyəm.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkələr və onların liderləri arasında etimad varsa, bütün məsələlər buna uyğun həll olunur.

Qeyd edək ki, sentyabrın 29-da Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçiriləcək. İ.Qaribaşvili komissiyanın həmsədri kimi toplantıda iştirak edəcək.