YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

Sentyabrın 29-da Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin deputatı  Səbinə Xasayeva Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı ötən il sentyabrın 29-da  şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun il mərasimində iştirak ediblər.

Şəhidin  Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Qeyd olunub ki, şəhid ailələrinə qayğı dövlətimizin daim diqqət mərkəzindədir.

Həmin gün rayonun rəhbərliyi böyük heyətlə Füzuli rayonun azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Aslanov Elşən Alxas oğlunun doğum günü ilə əlaqədar Qızıldaş qəsəbəsində yerləşən Şəhidlər xiyabanındakı məzarını ziyarət edib və şəhidin əziz xatirəsini ehtiramla yad ediblər.