YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibəti ilə rayonda silsilə tədbirlər keçirib.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları rayonun Təzəkənd kəndində Şəhid İsmayılov Amid Eldar oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət edib və məzarı üzərinə tər gül  dəstələri düzüblər.

      Daha sonra Aşağı Cürəli kəndində Şəhid baş leytenant Gözəlov Xalid Həsən oğlunun ailəsini ziyarət edib, şəhidin adına qurulan xatirə lövhəsinin və istifadəyə verilən bulağının qarşısına tər gül-çiçək dəstələri qoyublar.

    Allah rəhmət eləsin!