YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad rayonunda şəhidin il mərasimi keçirilib

Bu gün Sabirabadın Zəngənə kəndindən olan şəhidin - Nağıyev Fərid Poladxan oğlunun il mərasimi keçirilib.

Mərasimdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək dualar oxuyublar.

Sonra iştirakçılar şəhid Nağıyev Fəridin şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər. Sabirabad RİH başçısı Siraqəddin Cabbarov və YAP Sabirabad rayon təşkilatı şəhidlərimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar.