YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhid Əkbər Hüseynovun məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev və  təşkilatının əməkdaşları şəhid Əkbər Bahadur oğlu Hüseynovun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Sonra onlar şəhid Əkbər Hüseynovun ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak ediblər.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Ə.Hüseynovun ailə üzvlərinə səbr arzulayan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Bildirilib ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onları heç zaman unutmayacaq.

Qeyd edək ki, Əkbər Bahadur oğlu Hüseynov 11.07.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. 2018-ci ildə Sabunçu rayonu, Tahir Hacıyev adına 252 saylı tam orta məktəbi bitirib. İdmanla məşğul olan Ə.Hüseynov qatıldığı yarışlarda nailiyyətlər əldə edib. 15.07.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Hüseynov xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə kiçik çavuş rütbəsi ilə təltif edilib və manqa komandiri olub.

Ə.Hüseynov 29.09.2020-ci il tarixdə Tərtər rayonu, Talış kəndi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif olunub.