YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Bu gün Bərdə rayonunun Vətən müharibəsi şəhidlərindən çavuş Zeynalov Turqut Fikrət oğlu, əsgər Məhərrəmov Əli Kamil oğlu və çavuş Əlizadə Nofəl Qənbər oğlunun şəhadətindən bir il ötür.

Bununla əlaqədar olaraq Bərdə rayon İcra Hakimiyyətinin və  YAP rayon təşkilatının nümayəndələri şəhidlərin ailələrini ziyarət ediblər.

Şəhid ailələri ilə görüş zamanı 2020-ci ilin ölkəmiz üçün Qələbə ili kimi tarixə düşməsi, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü təmin edilməsi, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Şəhidlərin valideynləri və digər ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.