YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Gürcüstan regionda sülh və sabitlik olmasında maraqlıdır, bu, güclü iqtisadi inkişafın təməli olacaq

Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Səmimi qəbula və qonaqpərvərliyinizə görə çox sağ olun. Bu, mükəmməl olan ikitərəfli əlaqələrimiz barədə danışmaq üçün böyük imkandır.

Bunu ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

“Qeyd etdiyiniz kimi, biz dost, qardaşıq. Bu gün biz, həmçinin iqtisadi komissiyanın 8-ci iclasını keçirəcəyik və inkişafda olan ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik”, - deyə İrakli Qaribaşvili bildirib.

Gürcüstanın siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycanla ikitərəfli əlaqələrin güclənməsində maraqlı olduğunu vurğulayan Baş nazir deyib: “Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq”.