YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Sentyabrın 29-da Yeni Azərbaycan Partiyası Biləsuvar  rayon təşkilatının əməkdaşları və fəalları 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda öz canından keçən Biləsuvar rayon Çaylı kəndindən olan şəhid Babayev Elməddin Cəfərqulu oğlu, şəhid Məmmədzadə Kamran Fizuli oğlu, Günəşli kəndindən şəhid Xosuzadə Müşfiq Zakir oğlu, Nərimankənd kəndindən şəhid Eynullayev Rövşən Elşən oğlu, Bəydili kəndindən şəhid Quluzadə Məhəmməd Cəlal oğlu və Biləsuvar şəhər şəhidi Astanlı İqbal İlqar oğlunun  ildönümləri  ilə əlaqədar  olaraq ailələrini  ziyarət ediblər.

Daha sonra şəhidlərin məzarları ziyarət edilib və böyük ehtramla yad edilərək üzərilərinə tər gül dəstələri qoyublar.