YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Raket və artilleriya qüvvələrinin inkişafı məsələləri” üzrə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə hər iki ölkənin Raket və Artilleriya Qoşunları arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələri haqqında ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Qonaqlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbədə artilleriyaçılarımızın fəaliyyətindən bəhs olunub.

Səfər çərçivəsində Belarus nümayəndə heyətinin Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə ziyarəti planlaşdırılır.