YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Vətən müharibəsində şəhid olanların xatirəsi qəlbimizdə əbədi yaşayacaq

Azərbaycan xalqı sentyabrın 27-də Vətən müharibəsinin Anım Gününü qeyd etdi. Bununla bağlı paytaxt Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş təşkil olundu. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bundan sonra Azərbaycan xalqı və dövləti qalib kimi yaşayacaq.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında deyib.

Parlament adından Azərbaycan Prezidentinə və Ordumuzun əsgərlərinə minnətdarlığını bildirən Milli Məclisin sədri Vətən müharibəsində şəhid olanların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv