YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhidlərin ildönümü mərasimləri keçirilib və məzarları ziyarət edilib

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Salyan rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Vətən  Müharibəsində şəhidlik zirvəsinə ucalmış kapitan Kamil Şirinovun, kiçik çavuş Əjdər Dadaşovun, Alməmməd Babayevin, Əlirza Rzayevin və Allahverdi Novruzovun  şəhid  olmalarının  ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin şəhidlərin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Mərasimdə çıxış edən rayon rəhbərliyi və YAP Salyan rayon təşkilatının fəalları bildiriblər ki, bu gün ölkə rəhbərliyi tərəfindən yürüdülən humantir siyasət şəhidlərimizə, İkinci Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda əbədi yaşayacaqlar.