YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir

İlqar İlyasov,

 YAP Laçın rayon Təşkilatının

sədri səlahiyyətlərini icra edən

Ərazilərimizin bərpası və yenidən qurulmasında müasir innovativ yeniliklərin tətbiq edilməsi əsas hədəflərdəndir

Artıq ikinci Qarabağ müharibəsinin başlanmasının və Azərbaycan ordusunun qələbəsi ilə başa çatmasında bir il ötüb. Əslində tarix üçün qısa olan bu müddətdə Azərbaycanın müzəffər ordusunun döyüş meydanında əldə etdiyi uğurlar azad edilmiş torpaqlarımızın bərpası istiqamətində aparılan cahanşümul işlərdə də əks olunur. Çox qısa müddətdə Qarabağın qapısı adlanan Füzulidə yeni hava limanının tikilərək yekunlaşdırılması bir çox ekspertlər tərəfindən təqdir olunur. Bu gün işğaldan azad olunmuş ərazilərə gedənlərin hər biri bu ərazini tikinti meydançası kimi xarakterizə edir. Təbii ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Elə bunun nəticəsidir ki, Azərbaycanın Mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində qısa müddətdə bir necə böyük mədəniyyət tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi, “Bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik”.

Bu gün bütün bölgənin elektriklə tam təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektriki enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzulu və Şükürbəyli yarımstansiyalarının işə salınması proseslərin hansı sürətlə aparıldığını göstəricisidir. Cəbrayıl rayonu ərazisində - Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Ağdam və Şuşa şəhərinin baş planı təsdiq olunub. Şuşa şəhəri tam olaraq yenidən qurulur. Bunu uzun illərdir erməni separatçılarının girovluğunda saxlanan erməni xalqının nümayəndələri də görür. Elə bunun nəticəsidir ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə Azərbaycanın Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb, onların da Şuşada aparılan quruculuq işlərinə cəlb edilmələrini xahiş ediblər. İşsizlik, səfalət və ümidsiz bir vəziyyətdə yaşayan insanlar üçün Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrdə işləmək ümid yeridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə “Anadolu” agentliyinə verdiyi müsahibədə demişdir: “Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də bərpa işlərində iştirak edə bilərlər”. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb. Bu istiqamətdə görülən işlər artıq dünya mediasının da diqqət mərkəzindədir.

Bu gün qürurla deyə bilərik ki, qaçqın və məcburi köçkünlərin 30 illik həsrətlərinə və əziyyətlərinə soy qoyulub. Ərazilərin çox sürətlə bərpa olunması və müharibədən əvvəl orada yaşamış bütün insanların öz doğma yurdlarına qayıtmaları üçün işlər aparılır. İnanırıq ki, tezliklə 30 illlik həsrətə son qoyulacaq, sönmüş ocaqlarda yenidən həyat qaynayacaqdır. Bu inama Azərbaycan Respublikasının möhtərəm Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının həyata keçirdiyi siyasət nəticəsində nail olunmuşdur.