YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir

YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir. Rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qəhrəmanları-Abbasov Ağababa Səfər oğlu və Şükürov İlyas Qənbər oğlunun şəhid olmalarının ildönümü ilə əlaqədar onların ailələrini ziyarət edib, qayğıları ilə maraqlanıblar.

Sonra Şabran rayon Güləmli kəndində şəhid Şükürov İlyasın əziz xatirəsinə həsr olunmuş bulaq abidə kompleksinin açılışı olub.

Mərasimdə Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov və digər əməkdaşlar, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan danışıblar.