YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatında görüş keçirilib

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının bir neçə ərazi ilk partiya təşkilatı sədrləri ilə görüş keçirilib.

İclası giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rola malikdir. O, Ulu Öndər Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi, YAP-ın Sədri, Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb. Rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: "Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası, Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir".
Misirxan Vəliyev çıxışında onu da bildirib ki, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi bizim tarixi zəfərimizdir. Buna bənzər qələbə olmamışdır. Əsrlər boyu yalnız torpaq itkisi ilə üzləşən dövlətimiz 200 illik tarix ərzində ilk dəfə olaraq işğal olunmuş torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytardı.
Daha sonra təşkilat sədri ərazi ilk partiya təşkilat sədrlərinin partiya işlərindəki vəziyyətləri ilə maraqlanıb, onları dinləyərək öz tövsiyyələrini verib.