YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Göygöl rayonunda Vətən müharibəsi şəhidi baş-leytenant Ceyhun Bahadur oğlu Niftəliyevin anım mərasimi keçirilib. Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak ediblər.  

Tədbirdə baş-leytenant Ceyhun Niftəliyevin həyatından, hərbi xidmətindən və şərəfli döyüş yolundan bəhs olunub. Qeyd edilib ki, I Qarabağ müharibəsində iştirak edən Ceyhun 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan baş-leytenant Ceyhun Niftəliyev Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.