YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhid İlkin Əhədzadənin məzarını və ailəsini ziyarət edib

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və əməkdaşları Azərbaycan Ordusunun mayoru, şəhid İlkin Qələmşah oğlu Əhədzadənin məzarını ziyarət edib.

Təşkilat nümayəndələri şəhidin məzarını ziyarət etdikdən sonra onun ailəsi ilə görüşüb.

Şəhid ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və övladlarının əziz xatirəsini uca tutan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkür etdiblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan İlkin Əhədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Əhədzadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" və Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!