YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

Bərdə rayonunun Vətən müharibəsi şəhidlərindən polkovnik-leytenant Təhməzov Əlzamin Kamal oğlu, çavuş Hüseynzadə Elməddin Fərman oğlu və çavuş Hümbətov Səfayət Ələddin oğlunun şəhadətindən bir il ötür.

Bununla əlaqədar olaraq YAP rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya tədbirlər planına əsasən partiya fəalları ilə birlikdə həmin şəhidlərin ailələrini ziyarət ediblər.

Əvvəlcə rayonun Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları önünə əklil qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Şəhid ailəsi ilə görüş zamanı Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Şəhid ataları, anaları və digər ailə üzvüləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.