YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Arif Hacılı sədr kimi fəailyyəti ilə rəhbərlik etdiyi partiyanı ölkədaxili siyasi proseslərdən təcrid edir

“Azərbaycanda siyasi sistemin inkişafı və daha da təkmilləşdirilməsi ikitərəfli hadisədir. Bu ümummilli prosesə töhfə vermək təkcə iqtidarın deyil həm müxalifət institutunun məsuliyyəti və vəzifəsidir. Hazırda ölkəmizdə həyata keçirilən dərin islahatlar bu sahədə ciddi canlanma və təşəbbüskarlıq yaradıb.Şübhəsiz ki, əldə etdiyimiz tarixi naliyyətlər fonunda bu bir milli çağırış və vəzifədir. Çünki xalqımız 90 –cı illərin əvvəllərində formalaşan və sonrakı mərhələdə siyasi münasibətlərimizin tərkib hissəsinə çevrilən xeyli sayda neqativ ənənələrdən qurtulmaqdadır. Bu isə cəmiyyətimizə və milli demokratiya tariximizə olduqca müsbət keyfiyyət dəyişikliyi vəd edir. Çox təəssüf ki, bəzi hallarda ayrı-ayrı siyasi təşkilatlar ya bu prosesdə ümümiyyətlə iştirak etmir ya da passiv müşahidəçi mövqeyi tutmaqla siyasi dinamizmə mane olurlar”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hazırki mərhələdə isə biz bunu siyasi partiyaların deyil ona rəhbərlik edən bəzi şəxslərin timsalında bariz şəkildə görürük. Məsələn, cəmiyyətdə hazırda belə bir ictimai rəy hiss edilir ki, Arif Hacılı sədr kimi fəaliyyəti ilə rəhbərlik etdiyi partiyanı ölkədaxili siyasi proseslərdən təcrid edir. Şəxsi eqosu ilə hərəkət edərək partiyadaşlarını fəal siyasi proseslərdən kənar tutur. Bu isə nəticə etibarilə həm partiyadaxili demokratik proseslərə həm də ümumiyyətlə siyasi sistemimizin hazırkı çağrışlarına ziddir.

“Əslində doğurdan da Arif Hacılı öz fəaliyyəti ilə zaman-zaman rəhbərlik etdiyi siyasi partiyada bölünmələrə və intiriqalara gətirib çıxaran faəliyyətlərə yol vermiş sədr kimi tanınır. Hazırda siyasi sitemimizin inkişafının elə bir mərhələsinə qədəm qoymuşuq ki, bənzər davranışlar ictimai rəy tərəfindən eləcə də siyasi təşkilat üzvləri tərəfindən heç də təqdirlə qarşılanmır. Ona görə də bütün siyasi partiya rəhbərlərinin günümüzün reallıqları ilə ayaqlaşması siyasi sifariş kimi ortaya çıxıb. Bunu etməyi bacarmayanlar,  partiyanı öz şəxsi iddialarının girovuna çevirənlər əslində siyasi sistemimizin inkişafının önündə tormozlayıcı funksiya yerinə yetirirlər,-deyə millət vəkili qeyd edib.